MetaMetric

Haqqımızda

MetaMetric – təhsildə ölçmə və qiymətləndirmənin yeni yanaşması.

MetaMetric təhsil sahəsində ölçmə və qiymətləndirmə proseslərinin təşkili, imtahanların hazırlanması, keçirilməsi, nəticələrin emalı və təhlili istiqamətində fəaliyyət göstərən ixtisaslaşmış qurumdur.

Fəaliyyətimizin əsasını təhsil nailiyyətlərinin obyektiv ölçülməsi, bilik və bacarıqların düzgün qiymətləndirilməsi, eləcə də əldə olunan nəticələr əsasında inkişaf imkanlarının müəyyənləşdirilməsi təşkil edir.

Biz imtahanı yalnız biliklərin yoxlanılması vasitəsi kimi deyil, həm də tədris prosesinin keyfiyyətini qiymətləndirməyə, mövcud vəziyyəti təhlil etməyə və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan verən mühüm mexanizm kimi qəbul edirik.

MetaMetric olaraq imtahanların hazırlanmasından nəticələrin təqdim edilməsinədək bütün mərhələlərdə sistemli yanaşma, metodoloji əsaslandırma, texnoloji imkanlar və peşəkar təşkilatçılığı bir araya gətiririk.

Əsas məqsədimiz təhsil müəssisələrinə, müəllimlərə və şagirdlərə etibarlı qiymətləndirmə mühiti təqdim etmək, təhsildə keyfiyyətin yüksəldilməsinə töhfə verməkdir.

MetaMetric – Dəqiq ölçürük!

Paylaş: Facebook X WhatsApp Telegram LinkedIn